Oktyabrın 27-də Bakı Dövlət Sirkində yeni mövsümün açılışı münasibətilə Rusiyanın məşhur “Nikulinin Qızıl Sirki” böyük heyətlə paytaxtın sakinlərinin və qonaqlarının görüşünə gəlir.

Tamaşaçıları həmişə yeniliklərlə, qeyri-adi nömrələrlə sevindirən Bakı Dövlət Sirki bu dəfə də ənənəsinə sadiq qalıb. Proqrama hava gimnastları, akrobatlar, əhliləşdirilmiş heyvanlarla rəngarəng nömrələr, jonqlyorlar, şən kloun və digər maraqlı nömrələr daxildir.

“Svetnoy bulvarda” Moskva Nikulin Sirki maraqlı proqram ilə noyabrın 20-dək şəhərimizdə olacaq.