Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon MKS-nin Mərkəzi kitabxanası “Uşaq hüquqları aylığı” çərçivəsində Binə qəsəbəsi Elçin Şəmiyev adına 149 saylı tam orta məktəbdə məlumat saatı təşkil edib. MKS-nin əməkdaşları şagirdlərə uşaq hüquqları barədə məlumat veriblər.
Sonra müəllimə Lamiyə İsmayılova, direktor müavini Vüsalə Rəsulova, məktəbin psixoloqu Könül Məmmədova çıxış ediblər.
Müəllimlər Gülmira Ələsgərova və Arzu Əliyeva uşaqlarla mövzu ilə bağlı maarifləndirici diskussiya keçiriblər.