Hany El Banna (Böyük Britaniya):

- Azərbaycanın beynəlxalq səviyyədə möhtəşəm tədbirlərə uğurla ev sahibliyi etməsi çox təqdirəlayiqdir. Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığımı bildirirəm. Burada elm və təhsil, mədəniyyət sahəsində çalışan insanlar bir-biri ilə tanış olur, ölkələr arasında əlaqələr yaradırlar. Mən əslən Misirdən olsam da, Britaniya vətəndaşıyam və dünyada islamofobiyanın tüğyan etməsi bir müsəlman olaraq məni narahat edir. Mədəniyyətlərarası dialoqu təşviq edən “Bakı Prosesi”ni çox yüksək dəyərləndirirəm. Forum çərçivəsində bizə təqdim olunan dahi Azərbaycan şairi Nəsimi ilə bağlı musiqi layihəsini böyük maraqla qarşıladım.

Samia Bibars (Ərəb Liqası):

- Forumda müasir dünyamız üçün çox vacib olan məsələlər müzakirə edilir. Azərbaycanın bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir. Azərbaycan sülh, təhlükəsizlik məsələlərində mühüm işlər həyata keçirib. Multikulturalizm fundamental azadlıqlara xidmət edir. Ərəb Liqası Azərbaycanı sülh və birgəyaşayışın uğurlu modeli kimi görür. Biz ərəb ölkələrində keçirdiyimiz konfrans və seminarlarda Azərbaycan təcrübəsindən istifadə edirik. Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi onu göstərir ki, ölkəniz bundan sonra da dünyada mədəni dialoqun inkişafına səy göstərəcək.

LALƏ