Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli və Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Türkiyədə elmi ezamiyyətdə olublar.
Azərbaycanlı alimlər akademiyada həyata keçirilən “Azərbaycan və türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” layihəsi çərçivəsində Türkiyənin Süleymaniyyə Kitabxanasında saxlanılan zəngin əlyazmalarla tanış olublar.
Kitabxananın müdiri Menderes Velioğlu qonaqlara bu qurumun tarixi, burada görülən işlər barədə məlumat verib.
AMEA-nın Əlyazmalar İnstitutu ilə Süleymaniyyə Kitabxanası arasında türkdilli əlyazmaların elektron versiyalarının mübadiləsinin aparılması məqsədilə əməkdaşlıq haqqında müqavilə imzalanıb.