Biləsuvarda ilk yerli teatr kollektivinin tamaşası

Biləsuvar rayon Mədəniyyət mərkəzində “Pəncərə” teatr studiyasının hazırladığı “Qurbanın qurbanlığı” adlı tamaşa təqdim edilib.

Təqdimatdan öncə Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Hüseynov çıxış edərək yaradıcı kollektivə uğurlar arzulayıb.

Cahangir Məlik və Günay Ümidin yazdıqları “Qurbanın qurbanlığı” pyesi tragikomediya janrındadır. C.Məlik həm də baş rollardan birini ifa edib.

Rayonun ilk yerli teatr kollektivinin hazırladığı tamaşa mədəniyyət işçiləri və ziyalılar tərəfindən yüksək qiymətləndirilib.

Regional idarə üç gün davam edən tamaşanın nümayişindən sonra digər rayonlara da  qastrol səfərləri planlaşdırır.