“Rəqs”in isə çəkilişləri başlayıb

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Balaca” qısametrajlı bədii filmi 9-15 noyabr tarixində Türkiyənin Malatya şəhərində keçiriləcək 8-ci Beynəlxalq film festivalının müsabiqə bölməsində nümayiş olunacaq.

Kinostudiyadan bildirilib ki, filmin ssenari müəllifi Ruslan Ağazadə, rejissorları Ruslan Ağazadə və Orxan Ağazadə, icraçı prodüseri Orxan Əliyev, bədii rəhbəri Elçin Musaoğlu, prodüseri Müşfiq Hətəmovdur. Rolları Qüdrət Əsəd, Nərmin Həbibova, Elman Şeydayev, Səyyad Əliyev və başqaları canlandırıblar.

Gənc Sinemaçılar Klubu “Rəqs” qısametrajlı bədii filminin çəkilişlərinə də başlayıb. Filmin ssenari müəllifləri Nicat Dadaşov və Elçin Muradov, quruluşçu rejissoru Ceyhun Türksoy, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Zemfira Novruzovadır. Baş rolları Ayşad Məmmədov və İlqarə Tosova canlandırır.