Prezident İlham Əliyev noyabrın 2-də Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Vaqif Qulam oğlu Behbudovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

Dövlət başçısı noyabrın 5-də ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Qəzənfər Məmməd oğlu Paşayevə “Əməkdar elm xadimi” fəxri adı verilməsi barədə sərəncam imzalayıb.

Prezidentin noyabrın 5-də imzaladığı daha iki sərəncamla ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Nüşabə Araslı, Tahirə Məmməd “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə, Şirindil Alışanov, Mahirə Quliyeva və Vaqif Yusifov “Tərəqqi” medalı ilə təltif ediliblər.