Mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 2-də Braziliya Federativ Respublikası və Misir Ərəb Respublikasının ölkəmizdəki səfirləri ilə görüşüb.
Braziliya səfiri Santyaqo Luis Bento Fernandes Alkasar ilə görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əlaqələr və əməkdaşlığın gələcək perspektivləri, həmçinin həyata keçirilə biləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Səfir qəbula görə minnətdarlığını bildirib.
Nazir Əbülfəs Qarayevin Misirin Azərbaycandakı səfiri Adel İbrahim ilə görüşündə də iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, hər iki ölkədə təşkil olunan beynəlxalq tədbirlərdə qarşılıqlı iştirak məsələləri müzakirə edilib.
Səfir Adel İbrahim 25-26 oktyabr 2018-ci il tarixində keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini çatdırıb.