Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar milli və dünya kino incilərini tamaşaçılara daha da yaxından tanıtmaq, eləcə də yaradıcı görüşlərin və kino axşamlarının keçirilməsi məqsədilə Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə “Kinoklub” yaradılıb.

Noyabrın 2-də Nizami Kino Mərkəzində “Kinoklub”un ilk görüşü keçirilib. Əməkdar incəsənət xadimi, rejissor və kinoşünas Ayaz Salayev tamaşaçılara dünya şöhrətli rejissor Roman Polanskinin 1992-ci ildə çəkdiyi “Acı ay” bədii filmi barədə məlumat verib. Daha sonra film nümayiş olunub.