“British Council Azərbaycan” “Unlimited” proqramı çərçivəsində ölkəmizdə məhdud imkanlı insanlar tərəfindən yaradılan incəsənəti dəstəkləməkdə davam edir.
“British Council Azərbaycan” Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq şəraitində “Unlimited” proqramı üzrə müxtəlif sahələrdən olan mütəxəssislərlə innovativ inklüziv təcrübələri müzakirə etmək üçün noyabrın 14-15-də “Park Inn” hotelində təlim sessiyaları təşkil edəcək.
Treninqin məqsədi müxtəlif sektorlarda işləyən peşəkarları əlilliyi olan insanların hüquq və imkan bərabərliyi məsələləri ilə tanış etmək və iş yerlərində innovativ və inklüziv təcrübələrin tətbiqi üçün ideyalar hazırlamaqdan ibarətdir.
Təlimlər Böyük Britaniyanın “Shape Arts” təşkilatından Barbara Lisicki və Zoe Partington tərəfindən aparılacaq.
Hər kəs üçün açıq olacaq təlimlərdə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq noyabrın 12-dək dilara.ibrahimova@britishcouncil.az elektron poçt ünvanına göndərə bilərlər.