Misirin Qədim Abidələr Nazirliyi ekspedisiyasının arxeoloqları üzərində heroqlif yazılar olan qədim daş lövhə aşkar ediblər. Onların bəzisinin yaşı təqribən 4 min ildir.
Daş lövhələr Qahirənin şərqindəki Matariya rayonunda qazıntılar zamanı tapılıb. Onların üzərindəki yazılar müxtəlif dövrlərə aiddir. Mütəxəssislər yazıların kodlarını açmağa başlayıblar. Alimlərin məlumatına görə, onlardan biri çox mühüm və adı tez-tez xatırlanan ilk tanrıya – Atuma işarə edir. Misirlilər eramızdan əvvəl 664-332-ci illər dövründə Nil çayının tez-tez daşaraq insanlara fəlakət gətirməsini bu tanrının adı ilə bağlayırmışlar.