Polşanın Lüblin şəhərində keçirilmiş “Golden Anteaters-2018” kinofestivalının qalibləri bəlli olub. 8 tammetrajlı və 128 qısametrajlı filmin iştirak etdiyi festivalda azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi baş mükafata – Qran-priyə layiq görülüb.

2017-ci ildə çəkilmiş filmin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Bir Azərbaycan ailəsinin dramatik həyatından bəhs edən filmdə rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev, Rövşən Kərimduxt və digərləri canlandırıblar. Ekran əsəri indiyədək bir neçə festivalda mükafat qazanıb.