Noyabrın 16-da Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Nailə Mehdiyevanın “Qara Qarayevin kino musiqisi” (rus dilində) yeni nəşrinin təqdimatı olacaq.

Kitab Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında işıq üzü görüb. Dahi bəstəkarın 100 illik yubileyi münasibətilə çap edilən kitabın ikinci nəşrinin redaktoru Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadədir.