BBC teleradio yayım şirkəti bu sualla kino sahəsində maraqlı sorğu keçirib. Belə ki, şirkət dünya kinosunun bu günə kimi ərsəyə gəlmiş, qeyri-ingilisdilli ən yaxşı filmlərini müəyyən etmək üçün 43 ölkədən olan 209 kino tənqidçisinə müraciət edib. Onların hər biri bəyəndikləri 10 filmi qeyd ediblər.

Siyahıda daha çox yer alan filmlərdən 100-ü seçilib. Buraya 24 ölkədən 19 dildə 67 rejissorun filmi daxildir. Onlardan 27-si fransız, 12-si Çin və 11-i isə italyan və yapon dilindədir.

Film tənqidçilərinin 94-ü qadın olsa da, ilk 100-ə daxil olan filmlərin ancaq dördü qadın rejissora məxsusdur. Siyahıda ilk yerdə yapon rejissoru Akira Kurosavanın 1954-cü ildə çəkdiyi “Yeddi samuray” filmidir. Maraqlısı odur ki, dünyanın hər yerindən olan tənqidçilər bu filmi siyahısına daxil etsə də, altı yapon tənqidçisinin heç biri onu qeyd etməyib.

LALƏ