Dekabrın 4-də Heydər Əliyev Sarayında tanınmış aşıqların iştirakı ilə “Saz-söz axşamı” keçiriləcək. Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə əsrlərin sınağından çıxan, ruhumuza hopan, sazın tellərində yaşayan aşıq musiqisi təqdim olunacaq.

Konsert proqramında Mahmud Göyçəli, Əli Quliyev, Ədalət Dəlidağlı, aşıq Samirə, aşıq Əli, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, Babək Şakirli, Kəmalə Qubadlı, Qələndər Zeynalov, Nəbi Nağıyev, Ağamurad Şirvanlı, Ramin Qarayev, Nargilə Mehdiyeva, Babil Faxralı, Gülarə Azaflı, Telli Borçalı, Haşım Qubalı, Gözəl Kəlbəcərli, Əli Pənahoğlu, Vədud və Cəfər Xakpur, Səlim Göyçəli, Duman Kəlbəcərli, İlham Aslanbəyli, Solmaz Kosayeva, Avdı Musayev, Şaiq İncəli, Altay Məmmədli, Nazim Quliyev, Umbay Axundov və “Laçın”, “Koroğlu”, “Çeşmə”, “Misri” aşıqlar qrupları iştirak edəcəklər.