Noyabrın 22-dən 28-dək Bakıda 3-cü “Vistula” Polşa filmləri festivalı keçiriləcək. Festival çərçivəsində tamaşaçılar polşalı rejissorların “Varşava döyüşü. 1920”, “Gecə danışıqları”, “Ədalətli”, “Şəhər 44”, “Sevgi vergisi” və digər filmləri izləyə biləcəklər.
“Landmark”da hər gün saat 19-da başlanacaq seanslarda ekran əsərləri ingilis və rus altyazıları ilə göstəriləcək. Giriş sərbəstdir.