Noyabrın 16-da Azərbaycan Milli Kitabxanasında “16 noyabr – Beynəlxalq Tolerantlıq Günüdür” adlı kitab sərgisi açılıb.
Sərgidə multikultural və tolerant dəyərləri özündə əks etdirən və Azərbaycanda məskunlaşmış azsaylı xalqların mədəniyyətindən, həyat tərzindən bəhs edən 250-dən çox Azərbaycan, rus və bir çox azsaylı xalqların dillərində nəşr olunmuş kitablar, dövri mətbuat materialları nümayiş olunub.