Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Əliyeva Mədinə Talış qızı, Həsənova Sənübər Abdulqafar qızı, Quliyev Oruc İslam oğlu, Musayeva Xalidə Məmmədəli qızı Respublika Gənclər Kitabxanasının 90 illik yubileyi münasibətilə və Azərbaycanda kitabxanaçılıq işinin təkmilləşdirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilib.