Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud valideyn himayəsindən məhrum olunmuş uşaqlar üçün 4 nömrəli Respublika xüsusi internat məktəbində 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə konsert keçirilib.
Tədbirin aparıcısı Humay Muxtarova 1992-ci ildə BMT Baş Assambleyasının qətnaməsi ilə təsis olunan günün tarixindən danışıb. Sonra müğənni Roza Zərgərlinin ifası uşaqlara xoş anlar yaşadıb. Həmçinin, uşaqlar üçün əyləncəli oyunlar təşkil edilib və hədiyyələr təqdim olunub.
Sonda məktəbin direktoru Vəfa Seyidova tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.