Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət  nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti 3-5 dekabr tarixində İstanbul şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı (UNWTO) və UNESCO tərəfindən birgə təşkil olunan 3-cü Dünya Mədəniyyət və Turizm Konfransında iştirak edib.

Konfrans çərçivəsində nazir müavini İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İRCİCA-nın baş direktoru Halit Eren, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy, Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk və Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç ilə görüşüb.

Söhbətlər zamanı müvafiq təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi, mədəni marşrutların inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq mədəni marşrutlar üzvlüyü, ölkələrlə mədəni sahədə birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub.