İsraildə keçirilən “Near Nazareth İnternational” film festıvalı çərçivəsində Rüfət Əsədov və Vüsal Nazimoğlunun rejissoru olduqları “Peyğəmbər İereminin göz yaşları” sənədli filminin təqdimat mərasimi olub.
“Picmus Production” (Azərbaycan) və İsrail-Azərbaycan Assosiasiyasının birgə istehsalı olan filmin çəkilişləri Azərbaycanda, İsraildə, ABŞ-da və Almaniyada aparılıb.
Film Azərbaycan ərazisində doğulmuş, hazırda isə dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin həyatından bəhs edir.
Tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan filmin nümayişindən sonra ekran işinin yaradıcı heyəti mükafatlarla təltif edilib.