Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Saza baxsın tariximi yazanlar” adlı yeni kitabı işıq üzü görüb.

Kitabda müəllifin müxtəlif mətbuat orqanlarında çap etdirdiyi elmi-publisistik məqalələri, Dədə Şəmşir, Ağacan, Əmrah Gülməmmədov, Hüseyn Saraçlı, Mikayıl Azaflı, Kamandar Əfəndiyev, Ədalət Nəsibov, Ələsgər Tağıyev, İsfəndiyar Rüstəmov və digər ustad aşıqların həyatından bəhs edən oçerklərlə yanaşı, qadın aşıqlarımız və sazbəndlər haqqında da bölümlər var.

“Elm və təhsil” nəşriyyatında çap olunmuş kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, redaktoru filologiya elmləri namizədi Razim Məmmədlidir.