Turin Universitetinin (İtaliya) əməkdaşları Livio Biollo və Rujero Pensa kino tarixində böyük sənətkarların sənaye və dünya üzərində təsirlərinin qiymətləndirilməsinə əsaslanan bir siyahı tərtib ediblər.

Araşdırmalar 1920-2010-cu illər arasında çəkilmiş 47 min filmi əhatə edib. Reytinq IMDb saytının əsasında yaradılıb  və filmlər arasındakı əlaqələr, bir-birinə təsirləri, qiymətlər, istinadlar və s. öz əksini tapıb.

Nəticədə ilk 20-likdə 1980-ci ilə qədər çəkilmiş filmlər yer alıb. İlk pilləni 1939-cu ildə lentə alınmış “Oz ölkəsinin sehrbazı” filmi tutub. Daha sonrakı pillədə 1977-ci ildə istehsal edilmiş “Ulduz müharibələri” və 1960-cı ildə çəkilmiş “Psixo” filmidir. Ən nüfuzlu filmlər arasında “Kinq-Konq” (1933), “2001 – Kosmik Odisseya” (1968), “Metropolis” (1927), “Küləklə sovrulanlar” (1939), “Xaç atası” (1972) və s. filmlər yer alıb.

LALƏ