Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə dekabrın 14-də İstanbul şəhərində “Dostluq” beynəlxalq qısametrajlı film festivalı başlayır.

Festival üç gün davam edəcək. Təşkilat komitəsinin məlumatına görə, festivala qatılmaq üçün 76 ölkədən 789 film təqdim olunub. Onlardan 17-si müsabiqə proqramında iştirak edəcək. Birinci, ikinci və üçüncü yerləri tutan filmlərə pul mükafatı veriləcək.