Bakı Dövlət Sirki Yeni il şənliyi üçün Rusiya və Belarus artistlərindən ibarət komandanı ölkəmizə dəvət edib.

Sirkdən bildirilib ki, tamaşalar dekabrın 28-dən yanvarın 13-dək fasiləsiz nümayiş olunacaq.

Sirk şousunda əhliləşdirilmiş heyvanlar, cigitlər qrupu, hava gimnastları, akrobatlar, qeyri-adi lazer və işıq effektləri, şən klounlar, Şaxta baba və Qar qızın çıxışları təqdim olunacaq.