Ölkəmiz üçün əlamətdar hadisələrlə zəngin olan daha bir il başa çatır. 2018-ci il ölkəmizin mədəni irsini, incəsənətini dünyaya tanıdan mühüm tədbirlər, sənət bayramları, sərgi və konfranslarla yadda qaldı. Bu il də Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə, forum və festivallara ev sahibliyi edərək dünyanın diqqətini özünün mədəni irsinə, musiqi və sənət dünyasına, yeniləşən paytaxtına və bölgələrinə cəlb etdi. Biz də qəzetimizin səhifələrində ilin rəngarəng mədəniyyət mənzərəsini dolğun işıqlandırmağa çalışdıq...
Artıq 27 ildir ki, xalqımız, bütün dünyada yaşayan soydaşlarımız ilin son gününü qoşa bayramlar əhvalında yaşayır. 1991-ci ildən təqvimimizə daxil olan 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü yeni təqvim ilinin qarşılanmasını bizim üçün ikiqat anlamlı edir.
İlin son sayında dəyərli oxucularımızı, xalqımızı və müxtəlif ölkələrdəki soydaşlarımızı hər iki bayram münasibətilə təbrik edir, hər kəsə cansağlığı, könül xoşluğu arzulayırıq.
Bayramlarınız mübarək!