Mədəniyyət Nazirliyi, Dövlət Film Fondu və Nizami Kino Mərkəzinin birgə təşkilatçılığı ilə yaradılan “Kinoklub”un dekabrın 26-da keçirilən sənət axşamında Riçard Lesterin “Çətin günün axşamı” bədii filmi təqdim edilib.

Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tamaşaçılara liverpullu gənclər Con Lennon, Pol Makkartni, Corc Harrison və Rinqo Starın yaratdığı əfsanəvi  “Beatles”  qrupunun iştirakı ilə çəkilən film barədə maraqlı məlumat verib.

İlin yekununda keçirilən kino baxışından “Kinoklub” iştirakçıları xoş əhval-ruhiyyə ilə ayrılıblar.