İspaniya filmlərinin 2018-ci ildə 100 milyon avrodan çox kassa yığımı olub. İspaniya kinematoqrafı bu gəliri böyük büdcəli filmlər çəkmədən, yaxud Hollivud ulduzlarını cəlb etmədən əldə edib.
Məsələn, ispan rejissoru Xavyer Fesserin “Çempionlar” filmi ötən il 19,5 milyon avrodan çox gəlir gətirib. Ekran əsəri “Goya Awards” milli kino mükafatına 11 nominasiyada iddiaçıdır.
Rejissor Xavyer Ruis Kalderanın “Superlopes” filmi mövsümün digər ən gəlirli filmidir. Filmin təkcə istirahət günləri 400 min avrodan çox kassa yığımı olur.
ABŞ-da ispan rejissoru Xuan Antonio Bayon tərəfindən ekranlaşdırılmış “Yura dövrünün parkı: krallığın süqutu” filmi isə 2018-ci ilin sonu üçün İspaniya prokatında 24 milyon avro gəlir toplayıb.