Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Dünya Azərbaycanlıları Gəncləri Təşkilatının nəzdində fəaliyyət göstərən “WAY Wiki Team”ın əməkdaşlığı davam edir.

MEK-dən bildiriblər ki, əməkdaşlıq çərçivəsində Azərbaycanın Milli Qəhrəmanları İsgəndər Aznaurov və Mehdi Abbasov haqqında Ukrayna, ərəb, fransız, yunan dillərində olan “Vikipediya”larda məqalələr yaradılıb.

Milli Qəhrəmanlar haqqında digər dillərdə də məqalələrin yaradılması nəzərdə tutulub.