Bəşəriyyətin gələcək həyatında yüksək texnologiyaların rolu nədən ibarətdir? Yanvarın 22-də UNESCO tərəfindən Parisdə təşkil ediləcək “Gələcəyin texnologiyaları: ümid və ya qorxu” mövzulu müzakirələr bu məsələyə həsr olunacaq.
Diskussiyalarda elm, hüquq, mühəndislik, etika, fəlsəfə və sosiologiya üzrə mütəxəssislərin, sahibkarların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə yüksək texnologiyaların və süni intellektin tətbiqində mövcud olan və meydana çıxan etik məsələlər barədə fikir mübadiləsi aparılacaq, məruzələr dinləniləcək.