Bu il Amerika Kino Akademiyasının “Oskar” mükafatının təqdimatı əvvəlki illərə nisbətən bir qədər gec - martın 2-də baş tutacaq. 86-cı “Oskar” mərasiminin fevral ayından mart ayına keçirilməsinin səbəbi Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarıdır. Olimpiada müddətində (7 fevral - 1 mart) dünyanın əksər telekanallarının diqqəti məhz Soçiyə yönələcək.
“Oskar” nominasiyalarının müəyyən edilməsi isə yanvarın 8-də başa çatıb. Yanvarın 16-da isə iddiaçıların siyahısı elan edilib. Namizədlərə final səsvermə mərhələsi fevralın 25-də keçiriləcək.
Əsas mükafata namizədlər sırasında Stiv Makkuinin bu günlərdə “Qızıl qlobus”a layiq görülən “12 il köləlikdə”, baş rollarda Sandra Bullok və Corc Kluninin çəkildiyi “Qravitasiya” filmi (rejissor Alfonso Kuaro), Devid Rasselin artıq üç “Qızıl qlobus” qazanmış “Amerikasayağı fırıldaq” və s. filmlər var. “Xarici dildə ən yaxşı film” nominasiyasında iddiaçılar arasında almaniyalı rejissor Qeorq Massın nasistlərdən bəhs edən “İki həyat” filmi də yer alıb.