Bu il Ame­ri­ka Ki­no Aka­de­mi­ya­sı­nın “Os­kar” mü­ka­fa­tı­nın təq­di­ma­tı əv­vəl­ki il­lə­rə nis­bə­tən bir qə­dər gec - mar­tın 2-də baş tu­ta­caq. 86-cı “Os­kar” mə­ra­si­mi­nin fev­ral ayın­dan mart ayı­na ke­çi­ril­mə­si­nin sə­bə­bi Ru­si­ya­nın So­çi şə­hə­rin­də ke­çi­ri­lə­cək Qış Olim­pi­ya Oyun­la­rı­dır. Olim­pia­da müd­də­tin­də (7 fev­ral - 1 mart) dün­ya­nın ək­sər te­le­ka­nal­la­rı­nın diq­qə­ti məhz So­çi­yə yö­nə­lə­cək.
   “Os­kar” no­mi­na­si­ya­la­rının müəy­yən edil­mə­si isə yan­va­rın 8-də ba­şa ça­tıb. Yan­va­rın 16-da isə id­dia­çı­la­rın si­ya­hı­sı elan edi­lib. Na­mi­zəd­lə­rə fi­nal səs­ver­mə mər­hə­lə­si fev­ra­lın 25-də ke­çi­ri­lə­cək.
   Ə­sas mü­ka­fa­ta na­mi­zəd­lər sı­ra­sın­da Stiv Mak­kui­nin bu gün­lər­də “Qı­zıl qlo­bus­”a la­yiq gö­rü­lən “12 il kö­lə­lik­də”, baş rol­lar­da Sand­ra Bul­lok və Corc Klu­ni­nin çə­kil­di­yi “Qra­vi­ta­si­ya” fil­mi (re­jis­sor Al­fon­so Kua­ro), De­vid Ras­se­lin ar­tıq üç “Qı­zıl qlo­bus” qa­zan­mış “A­me­ri­ka­sa­ya­ğı fı­rıl­daq” və s. film­lər var. “Xa­ri­ci dil­də ən yax­şı film” no­mi­na­si­ya­sın­da id­dia­çı­lar ara­sın­da al­ma­ni­ya­lı re­jis­sor Qe­orq Mas­sın na­sist­lər­dən bəhs edən “İ­ki hə­yat” fil­mi də yer alıb. 
   







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar