“Anna Karenina” tamaşası göstəriləcək

Fevralın 7-də Moskva Müasir İncəsənət Teatrının qastrol səfəri çərçivəsində Bakıda ilk dəfə Lev Tolstoyun “Anna Karenina” romanı əsasında səhnələşdirilən ikihissəli tamaşa təqdim olunacaq.

Anna və Vronskinin bədbəxt eşqi digər ailələrin qarşılıqlı münasibəti fonunda cərəyan edir... Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində olan Opera studiyasında nümayiş ediləcək əsər stereotipləri, daxili münaqişəni və bu fani dünyada bir insanın öz xoşbəxtliyini tapmaq istəyini ehtiva edir.