Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən elan olunmuş maarifləndirici müsabiqəyə videoçarx qəbulu davam edir.
Fonddan AZƏRTAC-a bildirilib ki, videoçarxlar martın 15-dək Bilik Fondunun İnformasiya təminatı sektorunda qəbul olunur. Müsabiqəyə təqdim edilən videoçarxların xronometrajı 5 dəqiqədən çox olmamalı, mövzusu ictimai-sosialyönümlü, aktual və maarifləndirici olmalıdır.
Orijinal olmayan videoçarxlar müsabiqəyə qəbul edilmir.
Qaliblərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun diplomları və qiymətli hədiyyələr təqdim olunacaq.
Bilik Fondu maarifləndirici videoçarx müsabiqəsini ötən il dekabrın 25-də elan edib.