Şəki şəhər 3 nömrəli Uşaq musiqi məktəbinin nəzdində yaradılmış “Şəms” kukla teatrı yanvarın 10-da şəhərdəki 28 saylı uşaq bağçasında “Şəngülüm, Şüngülüm və Məngülüm” nağılını nümayiş etdirib.
Məktəbin direktoru Şəmsiyyət Əsgərovanın ssenarisi əsasında ərsəyə gəlmiş tamaşada uşaq mahnılarından, “Çobanlar”, “Xançobanı”, “Cəngi” rəqslərinin musiqilərindən istifadə edilib.
Balacaların böyük maraqla izlədiyi tamaşadan sonra bağçanın direktoru Mətanət Süleymanova teatrın kollektivinə təşəkkürünü bildirərək belə təqdimatların uşaqların mənəvi həyatının zənginləşməsi, onların musiqi duyumunun yüksəlməsində müstəsna əhəmiyyəti olduğunu qeyd edib.