Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qış imtahan sessiyası keçirilir. İmtahanlar yazılı və şifahi formada aparılır. Şifahi imtahanlar tamaşa, sərgi, konsert, nümayiş formatında keçirilir.

Teatr sənəti fakültəsinin tələbələri imtahanlarda sənət hesabatı verirlər. Fakültənin teatr və kino aktyoru, musiqili teatr aktyoru və dram rejissoru ixtisasları üzrə təhsil alan tələbələri N.Qoqolun “Evlənmə”, “Müfəttiş”, J.B.Molyerin “Meşşan zadəganlıqda”, N.Vəzirovun “Sonrakı peşmançılıq fayda verməz”, “Nə əkərsən, onu biçərsən”, “Yağışdan çıxdıq, yağmura düşdük”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, “Padşahın məhəbbəti”, M.İbrahimbəyovun “Kərgədan buynuzu”, Elçinin “Qatil”, S.Şnayderin “İlan dərisi”, C.Qolsuorsinin “Balaca adam”, M.Meterlinkin “Orada, içəridə!”, S.Bekketin “Düyün”, A.Çexovun “Yubiley”, S.Mrojekin “Bir yay günü”, və başqa əsərlər əsasında tamaşalar və parçalar hazırlayıblar.