Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri vəzifəsinə təyinat olub. Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin əmri ilə bu vəzifəyə teatrın gənc aktyor və rejissoru Turqay Vəlizadə təyin edilib.
Qeyd edək ki, bu vaxta qədər bu vəzifəni gürcü əsilli incəsənət xadimləri yerinə yetiriblər, ilk dəfə teatra azərbaycanlı bədii rəhbər təyin olunur.
T.Vəlizadə Şota Rustaveli adına Tbilisi Dövlət Teatr və Kino Universitetinin rejissorluq ixtisası üzrə magistr dərəcəsi alan ilk azərbaycanlıdır.
Teatrın keçmiş bədii rəhbəri Varlam Nikoladze 2018-ci ilin oktyabrında səhhəti ilə əlaqədar işdən çıxıb.