İstanbulda ilk dəfə “Yeni nəsil kitab sərgisi” açılıb. Şəhərdəki Zorlu nümayiş-sənət mərkəzində açılan sərgi 10 gün ərzində tanınmış yazarlarla oxucuları bir araya gətirəcək.
135 nəşriyyatın qatıldığı sərgidə ziyarətçilər QR kodları smart telefonlarına “oxudaraq” sərgi ilə bağlı bütün məlumatları əldə edəcək və tədbirlərə qoşulmaq imkanı qazanacaqlar. Sərgidə istifadə edilən QR kod texnologiyası həm gözdən əlillərin, həm də digər ziyarətçilərin istədiyi stendə baxmasına yardımçı olacaq.