Amerika Kinematoqrafçılar Cəmiyyəti (American Society of Cinematographers, ASC) yaranmasının 100 illiyi münasibətilə XX əsrin ən yaxşı filmini seçib.

Birinci yeri 1962-ci ildə rejissor Freddi Yanq tərəfindən lentə alınmış “Ərəbistan Laurensi” (“Lawrence of Arabia”) filmi tutub.

Filmin çəkildiyi şərait ASC mütəxəssislərini heyrətə gətirib. Kinolentin açıq hava səhnələri İordaniyanın Cəbəl əl-Tubayk şəhərində lentə alınıb. Həmin vaxt orada havalar dözülməz dərəcədə isti olub və ən yaxın su mənbəyi 240 kilometr məsafədə imiş. Bununla belə, çəkiliş qrupunun peşəkarlığı sayəsində yeddi “Oskar”, dörd “Qızıl qlobus” və bir çox başqa mükafatlara layiq görülən film ərsəyə gəlib.

Eyni zamanda ilk onluqda “Ülgüc üzərində qaçan” (1962), “Apokalipsis bu gün” (1979), “Vətəndaş Keyn” (1941), “Xaç atası” (1972), “Quduz öküz” (1980), “Konformist” (1970), “Biçin günləri” (1978), “2001-ci il. Fəza odiseyi” (1968) və “Fransa rabitəçisi” (1971) kimi ekran əsərləri yer alıb.

Rus filmlərindən rejissor Mixail Kalatozovun 1964-cü ildə çəkdiyi “Mən Kubayam” dramı reytinqdə 39-cu yerdə qərarlaşıb.

SƏBİNƏ