Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “20 Yanvar: Azərbaycanın qəhrəmanlıq salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.
Rektor İlham Mədətov 1990-cı il yanvarın 20-nə keçən gecə totalitar sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğın haqqında danışıb. O, keçmiş sovet rəhbərliyinin Azərbaycanda törətdiyi hərbi-siyasi cinayətin beynəlxalq aləmə çatdırılmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib.
İctimai fənlər kafedrasının müdiri, dosent İbrahim Əliyev, professor Məhərrəm Zülfüqarlı 20 Yanvar faciəsi ilə bağlı məruzələrlə çıxış ediblər. Diqqətə çatdırılıb ki, Qanlı Yanvar hadisələrinə siyasi-hüquqi qiymət ulu öndərin siyasi hakimiyyətə qayıtmasından sonra verilib.
Qeyd edək ki, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı ATMU-da filmlər nümayiş olunub.