Tanınmış kinoprodüser Endryu Vayna (Andrew G. Vajna) yanvarın 20-də, 75 yaşında Budapeştdə vəfat edib. Endryu Vaynanın Mario Kassarla bünövrəsini birgə qoyduğu “Carolco Pictures” şirkəti “Rembo” trilogiyası, “Terminator” seriyasından iki film, “Çətin adam”, “Mələyin ürəyi” kimi məşhur ekran əsərlərini çəkib.
1944-cü ildə Macarıstanın paytaxtında doğulan E.Vayna 1956-cı ildə əvvəlcə Kanadaya, sonra isə Amerika Birləşmiş Ştatlarına mühacirət edib. Kaliforniya Universitetini bitirib.
Silvester Stallone, Arnold Şvatsnegger kimi kino ulduzları ilə məşhur blokbasterlərin prodüseri olan Endryu Vayna Şərqi Avropada kommunizm ideologiyasının iflasa uğramasından sonra tarixi vətəninə qayıdaraq burada “İntercom”u – Macarıstanın iri kino və DVD distribüterini yaradaraq ona rəhbərlik edib. Baş nazir Viktor Orbanın məsləkdaşı olan E.Vayna ölkənin kino sənayesi məsələləri üzrə hökumət komissarı vəzifəsində çalışıb.