Xəbər verdiyimiz kimi, yanvarın 25-dən 30-dək Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq film festivalı keçiriləcək.
Festival Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, İtaliyanın ölkəmizdəki səfirliyi, “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore” film istehsalı şirkətləri, Nizami Kino Mərkəzi və “The Landmark”ın birgə dəstəyi ilə reallaşır.
Layihə müasir dövr İtaliya və Azərbaycan kino sənayesinin nümunələrini təbliğ etmək məqsədi daşıyır.
Festival çərçivəsində ümumilikdə 15 film nümayiş olunacaq. O cümlədən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan Şamil Əliyevin “Çölçü”, Mirbala Səlimlinin “Qırmızı bağ”, Elçin Musaoğlunun “Nabat”, “Azərbaycanfilm”in “Butafilm” kinoşirkəti ilə birgə çəkdiyi “Nar bağı” filmləri festivalda göstəriləcək.
Qalib filmlərə “Zoroaster award” mükafatı təqdim ediləcək.
Mükafatlandırma mərasiminə tanınmış italiyalı aktyor və rejissor Remo Girone rəhbərlik edəcək, italyan ssenarist və rejissor Claudio Rossi Massimi festivalın bədii rəhbəridir.