Amerikalı aktrisa Cillian Anderson “Tac” serialında Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerin obrazını canlandıracaq.

“Tac” serialında kraliça II Elizabetin 1947-ci ildə keçirilən toy mərasimi anından başlayaraq həyatından danışılır. 50 yaşlı Anderson 1979-1990-cı illərdə Britaniyanın baş naziri olmuş “dəmir ledi”nin rolunu ifa edəcək. Həmçinin bildirilir ki, Anderson “Tac” serialının bu yay çəkilişlərinə başlanılacaq dördüncü mövsümündə iştirak edəcək. Serialın yeni mövsümdə ekranlara çıxarılması 2020-ci ilə planlaşdırılıb.

Cillian Anderson “Emmy” və “Qızıl qlobus” mükafatlarının sahibidir.