Xəbər verdiyimiz kimi, fevralın 17-də (saat 13.00) Heydər Əliyev Sarayında Moskvadakı “Nikolay Zıkov Teatrı”nın “İşıqlı kuklalar şousu” təqdim olunacaq.

Bu unikal tamaşa bütün dünyada sevilir. 1 metrdən 8 metrədək ölçüsü olan qeyri-adi işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olur.

Bakıda ilk dəfə keçiriləcək şouya göstərilən maraq və çoxsaylı tamaşaçı müraciətləri nəzərə alınaraq həmin gün əlavə daha bir seansın (saat 16.00)  keçirilməsi qərara alınıb. İkinci seansın biletləri artıq satışdadır.

Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, dünyanın 40-dan artıq ölkəsində tamaşalarla çıxış edən N.Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru və rəssamıdır.