AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 135-ci ildönümü ilə bağlı sərgi təşkil edib.

Sərgidə M.Ə.Rəsulzadənin müəllifi olduğu və onun haqqında yazılmış, MEK fondlarında saxlanılan kitablar nümayiş etdirilir. Onların sırasında M.Ə.Rəsulzadənin “Məktublar, şəfiçilik”, “Azərbaycan şairi Nizami”, “Qafqaz türkləri”, “Çağımızın Səyavuşu”, “Milli birlik”, “Panturanizm. Qafqaz sorunu” əsərləri, eləcə də “M.Ə.Rəsulzadə”, “Cümhuriyyət qurucuları”, “M.Ə.Rəsulzadə və ana dilimiz”, “M.Ə.Rəsulzadə (1884-1955)”, “İstanbulda diplomatik görüşlər (1918-1919-cu illər)”, “M.Ə.Rəsulzadə (biblioqrafiya)” və başqa kitablar yer alıb.