Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin 3 saylı kitabxana filialında görkəmli dramaturq, yazıçı, şair Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar dəyirmi masa keçirilib.
158 nömrəli tam orta məktəbin şagirdlərinin iştirak etdiyi tədbirdə filialın müdiri Arzu Xudayarova ədibin zəngin yaradıcılığından söhbət açıb, onun ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələrdən danışıb. Dramaturqun “Sevil” və “Almaz” pyeslərindən səhnələr göstərilib. Şagirdlər Cəfər Cabbarlının “Ölkəm” və “Mən bir solmaz yarpağam ki...” şeirlərini söyləyiblər.