Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət şöbəsinin müdiri Rıdvan Duranla görüşüb.
Görüşdə ölkələrimiz arasında mədəni əlaqələrin daha da dərinləşməsi istiqamətində müzakirələr aparılıb. Birgə layihələrin icrası ilə bağlı təşəbbüslər müzakirə olunub.
Qeyd edək ki, hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin teatrında Hüseyn Cavidin “İblis” əsərinin tamaşası hazırlanır. Tamaşanın mart ayında təqdim olunması nəzərdə tutulub.