Martın 2-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində ispan milli rəqs teatrı – “FlamencoLive” paytaxtımızda təqdimatla, “Romeo və Cülyetta” şou-proqramı ilə çıxış edəcək.

Teatrdan bildirilib ki, bu yeni versiyada Şekspirin məşhur əsəri ispan rəqs dili ilə təqdim olunur. “FlamencoLive” art layihəsində beynəlxalq səviyyəli peşəkar aktyorlar öz ifaları ilə tamaşaçıları riqqətə gətirir. Kollektivin bütün iştirakçıları beynəlxalq müsabiqələrin laureatıdır. Rəqs dili ilə sevgi hekayəsi, ispan flamenkosunun sehrli dünyası, əllərin sehrli hərəkəti, yelpiyin ehtiraslı çırpınması tamaşaçıları isti Əndəlüs sahillərinə aparacaq.