Fevralın 4-də dünya şöhrətli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin ev-muzeyində xatirə tədbiri keçiriləcək.

Tədbir bəstəkarın anadan olmasının 101-ci ildönümü (5 fevral) münasibətilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təşkilatçılığı ilə reallaşacaq.

Tədbirdə sənətkarın həyat və yaradıcılığından ibarət fotosərgi nümayiş olunacaq, musiqi mədəniyyətimizin inkişafında xidmətlərindən söz açılacaq. Bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim ediləcək.