“Kişi ol” filminin qala-gecəsi keçirilib. Filmin qəhrəmanı bir biznesmen tərəfindən təhdid olunan tanınmış jurnalistdir.
Ekran əsərinin ssenari müəllifi və rejissoru Valeh Əhmədov, quruluşçu operatoru Əhməd Barasov, quruluşçu rəssamı isə İlqar Qurbanovdur. Filmdə xalq artistləri Həmidə Ömərova və Qurban İsmayılov kimi tanınmış simalar da rol alıb.
Təqdimatda çıxış edənlər filmin beynəlxalq müsabiqələrə çıxarılacaq səviyyədə olduğunu vurğulayıblar.
Film yanvarın 26-dan “Park Cinema” kinoteatrlarında nümayiş olunur.